Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib.
Bu gün yanvarın 19-da Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Daşkəsən rayon sakini Haxverdiyev Novruz Əli oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən rayon Alunitdağ qəsəbəsinə gətirilib. Keçirilən vida mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Şəhid Novruz Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
Azərbaycan Oksford Universitetinin reytinqində koronavirusla ən effektiv mübarizə aparan on ölkə arasında üçüncü yeri tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi.
Moskvada imzalanan Bəyanat ölkəmizin hərbi və siyasi qələbəsinin növbəti təcəssümü oldu İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin hər zaman çıxışlarında bəyan etdiyi kimi Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycanın “dəmir yumruğu” Ermənistanı döyüş meydanında darmadağın etdi, işğalçıya tarixboyu unudulması mümkün olmayan dərs verdi, maddi və mənəvi zərbə vurdu.
Azərbaycanda əhalinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: - Xoş gəlmisiniz, Baş direktor. Hörmətli qonaqlar, xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Səfəriniz üçün, işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün vaxt tapdığınıza görə sizə çox minnətdaram.
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
"Bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi".
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Daşkəsən rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Daşkəsən rayonunda mütəmadi olaraq zəruri tədbirlər görülür.
2020-ci ilin ən mühüm yekunu Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında xüsusilə vurğulanmışdır ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır.
Həmişə olduğu kimi hazırda da özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə belə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı https://president.az/articles/49939
Dünya ölkələrində yanacağın qiymətinin artımı Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında görüş keçirilib.
Əziz Teymur, “Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
-Əziz həmvətənlər. 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.