Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib

20 noyabr 2024 | 11:43

Noyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanda ailə dəyərləri" mövzusunda təlim keçirilib.

Təlimdə diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görür. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət-ailə siyasəti milli-mənəvi dəyərlərimizdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.

RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə tərəfindən aparılan təlimdə ailə, ailə dəyərləri, dəyərlərin müəyyən olunması, ailə fərdlərinin bir-birinə münasibəti, onların vəzifə və öhdəlikləri izah olunub.

Təlim mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Keçidlər