Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi uğurla icra edilib

21 noyabr 2024 | 12:38

“AzerGold” QSC tərəfindən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması üçün əkin işləri görülüb.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən növbəti aksiya zamanı Zəngəzur itburnusu (Rosa zangezura P.Jarosch.), Nizami itburnusu (Rosa nisami Sosn.), Qafqaz dağdağanı (Celtis caucasica Willd.), Adi nar (Punica granatum L.), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora A.Pool), Trautvetter ağcaqayını (Acer trautvetteri L.), Adi şabalıd (Castanea sativa Mill.), Dəmirağac (Parrotia persica (DC.) C.A.Mey.), Şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.) və Atşabalıdı (Aesculus hippocastanum L.) kimi nadir ağac və bitki növlərinin kütləvi əkini həyata keçirilib.

Layihəyə əsasən, “AzerGold” QSC tərəfindən 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının bilavasitə iştirakı ilə “Çovdar” mədəninin ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan ağac və bitkilər aşkarlanaraq, toxumları yığılıb. Həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulub, aqrotexniki qaydada təcrübə sahəsində yetişdirilib.

Cari aksiya da daxil olmaqla, ümumilikdə 3 dəfə, hər ilin oktyabr-noyabr aylarında nadir, nəsli kəsilmək təhlükəsində olan ağac tingi və bitki kollarının tarixən yetişdiyi ərazilərdən biri kimi Daşkəsən rayonunda, “Çovdar” mədəninin ətrafında ayrılmış geniş ərazidə əkini, çoxaldılması təmin edilib. Builki aksiya zamanı təbii şəkildə digər bölgələrdə yayılmış nadir ağac və bitki növlərinin də “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini aparılıb.

Keçidlər