Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib

18 noyabr 2024 | 12:36

Noyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov tərəfindən rayonunun  idarə, müəssisə və təşkilatlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub.

Təlim iştirakçılarına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun prinsip və məqsədləri barədə ətraflı məlumat verilib. Etik davranış qaydalarına aid edilən vicdanlı və mədəni davranış, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, loyallıq, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni davranış, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, əmlakdan istifadə, məlumatlardan istifadə, ictimai və ya siyasi fəaliyyət və onlara əməl edilməsinin hüquqi mexanizmləri izah edilib. Vurğulanıb ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkarlıqla səmərəli yerinə yetirməli, bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər