İnfrastruktur
İnfrastruktur
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat ayrılmışdır.Hazırda Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılmış və tikinti işləri davam etdirilir.
Rayonun 13 kəndini, 1 qəsəbəsini və Daşkəsən şəhərini su ilə təchiz edən Gurbulaq su nasosu sahəsini elektrik enerjisi ilə təmin edən Alunit İstehsalat Sahəsində qəzalı vəziyyətdə olan elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni elektrik yarımstansiyasının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Rayonun bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bütün elektrik enerjisi istehlakçıları sayğacla təchiz edilmişdir.
Rayonun 49 yaşayış məntəqəsindən 4-ü fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur ki, bu da rayon əhalisinin 39,3 faizinin təbii qazla təmin olunması deməkdir.
Rayonun bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunmuşdur. Rayonda bütün ATS-lər elektronlaşmışdır. Hazırda rayonda ümumi tutumu 3176 olan 11 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 3000 mömrə təşkiı edir. Daşkəsən şəhərində və Bayan kəndində ADSL sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.Digər kəndlərdə də təlabata uyğun olaraq ADSL sürətli internet şəbəkəsi quraşdırılması nəzərdə tutulmuşdur.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir
Rayon ərazisində 283 km yol şəbəkəsi vardır ki, ondan 35 km-i respublika əhəmiyyətli, 248 km-i yerli əhəmiyyətli yollardır. Rayon ərazisindəki dəmir yollarının uzunluğu 17 km təşkil edir. Quşçu körpü dəmir yolu stansiyası vardır.
Gələcəkdə görüləcək infrastruktur layihələri:
- Uzunluğu 31 kilometr olan yerli əhəmiyyətli R-20 (36 km Daşkəsən) –Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri
- Rayonun qazlaşdırılmamış yaşayış məntəqələrinin təbii qazla təmin olunması;
- Rayonda olan elektrikverici xətlərin “Sip” kabeli ilə əvəz olunması