Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Daşkəsən rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib
20 noyabr 2024 | 14:37
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, rayon üzrə Təhsil sektorunun müdiri Vüsal Cəfərov, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Daşkəsən rayonunu təmsil edəcək şagirdlər - Nərmin Məmmədzadə və Rüfət Tarverdiyev, təhsil işçiləri, habelə valideynlər iştirak ediblər.
Rayonumuzu təmsil edəcək məktəblilərlə Forumda nəzərdə tutulan mövzular ətrafında müzakirə aparılıb, onlara iştirakçı vərəqəsi və yaddaş kitabçası təqdim olunub.