Daşkəsənli Vətən müharibəsi şəhidləri Vidadi İsrəfilovun və Həsən Abdullayevin şəhadətlərinin dördüncü ildönümü qeyd olunub
Noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər İsrafilov Vidadi Vaqif oğlunun və əsgər Abdullayev Həsən Qərib oğlunun anım günləri qeyd olunub.
Şəhidlərin ildönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək hər iki şəhidin ailə üzvlərinə bir daha Daşkəsən ictimaiyyətinin başsağlığını çatdırıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi tarixi qələbədən, habelə ildönümü qeyd olunan şəhidlərin həyatından, keçdikləri şərəfli döyüş yolundan söz açıb.
Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.