Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 14.11.2024-cü il tarixdə Kollu kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Noyabrın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Kollu kəndinə vətəndaşlarla keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə qazanılan uğurlardan, dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan COP29-a Azərbaycanın yüksək səviyyədə evsahibliyi etməsindən, eləcə də Daşkəsən rayonunda aparılan abadlıq-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Sonra sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Kollu kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.