Daşkəsənli Vətən müharibəsi şəhidləri Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım günləri qeyd olunub
Noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında şəhid əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun, Gəncə Şəhidlər Xiyabanında şəhid əsgər İsmayılov Tural Nurəddin oğlunun anım günləri keçirilib.
İldönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhidlərin həyatından və keçdikləri şərəfli döyüş yolundan söz açıb.
Şəhidlərin valideynləri və yaxınları onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.