Daşkəsənli Vətən müharibəsi şəhidi Mübariz İbrahimov anılıb
Noyabrın 11-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər İbrahimov Mübariz Telman oğlunun anım günü qeyd olunub. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin yaxınları, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətə gələnlər şəhidin məzarı üzərinə gül dəstələri düzüblər və dualar oxunub.
İcra başçısı Orxan Abbasov çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəman adaşı Mübariz İbrahimovun ailəsinə başsağlığı verib və "Adaşım Mübariz İbrahimov ölməyib, o sağdır, çünki mən varam", - deyərək verilən əmrləri qəhrəmanlıqla yerinə yetirən, Vətən müharibəsində şəxsi şücaət, rəşadət və igidlik göstərən 3-cü dərəcəli “Rəşadət” ordenli Mübariz İbrahimovun şərəfli həyatından və keçdiyi döyüş yolundan söz açıb.
Digər çıxış edənlər Mübariz İbrahimovla bağlı xatirələrini bölüşüblər və ailəsinə səbir diləyiblər.
Şəhidin valideynləri göstərilən diqqətə və qayğıya, dövlət tərəfindən yaradılan lazımi şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.