Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib.
Martın 1-də Daşkəsən rayon İcra hakimiyyəti “AzerGold” QSC ilə birgə Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, RİH-nin əməkdaşları, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov iştirak ediblər.
Daşkəsən rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciətlərinizi elektron qaydada ünvanlaya bilməniz üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaradılmış https://birpencere.arxkom.gov.az/ saytının köməyi ilə edə bilərsiniz.
Vətən candan əzizdir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə aldılar. Xocalıya ən müasir silahlarla hücum çəkərək yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı. Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Ancaq qüvvələr nisbəti qeyri-bərabər idi. Erməni silahlıları mülki əhaliyə və özünümüdafiə dəstəsinə qarşı misli görünməmiş qəddarlıqlar etdilər. Onları xüsusi amansızlıqla qətlə yetirdilər.