Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Əhmədli kənd sakinləri ilə səyyar qəbul keçirilib

23 aprel 2024 | 15:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Əhmədli kəndində keçirib.

Qəbulda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.

Ötən bir il ərzində Azərbaycan tarixində təkrarolunmaz xoş əlamətdar günlər yaşanıb. Qarabağımız tam azad olunaraq öz müstəqiliyinə qovuşub.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.

Möhtərəm Prezident cənab İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.

Sonra kənd sakinlərinin ərazidəki elektrik transformatorunun dəyişdirilməsi, kəndə gələn avtomobil yolunun əsaslı təmir olunması, qaz xəttinin çəkilməsini, rayon mərkəzi ilə kənd arasında marşrut xəttinin açılması, özünəməşğulluq proqramı çərçivəsində mal-qara ilə təmin olunmasına kömək və digər şəxsi məsələlərlə bağlı müraciətləri dinlənilib.

Səsləndirilən müraciətlərin bir qismi yerində həll olunub, bir qisminin icrası isə nəzarətə götürülüb, qanunamüvafiq izahatlar verilib.

Sakinlər sərbəst müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar görüş-qəbuldan məmnunluqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinə, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər