Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Şəhid Anar Mürsəlovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib

24 aprel 2024 | 18:02

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda 30 il öncə şəhidlik zirvəsinə yüksələn Anar Faid oğlu Mürsəlovun xatirəsinə həsr olunan anım mərasimi şəhidin adını daşıyan Daşkəsən şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və məsul işçiləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, eləcə də digər şəhid valideynləri və yaxınlarının iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edən məktəbin direktoru Aybəniz Vəliyeva, şəhidin sinif rəhbəri olmuş Duman Mahmudova, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Şəhidin adını daşıyan məktəbin möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olraq 2023-cü ilin sentyabr ayında şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verildiyini bildiriblər. Şəhidin adını daşıyan məktəbin məzunlarının təhsil sahəsində qazandıqları nailiyyət və uğurları xüsusi qeyd ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxışında 44 günlük Vətən müharibəsindən sonra ötən 4 il ərzində Azərbaycanın çoxəsrlik tarixində görünməmiş davamlı nailiyyətlər və qələbələrin şahidi olduğumuzu vurğuladı. Qarabağımızın azad edilməsinin, həmin ərazilərdə üçrəngli müqəddəs bayrağımızın ucaldılmasının,  həmçinin torpaqlarımızın tam suverenliyinin bərpasının xalqımız tərəfindən böyük sevinclə qarşılandığını qeyd etdi.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü ərəfəsində eşitdiyimiz xəbərlər sülh prosesinə daha bir töhfə ilə əlamətdar oldu. Qazax rayonunun işğal olunmuş 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması, Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi, Azərbaycan Respublikası ilə Ermənistan arasında razılaşmalara müvafiq olaraq, iki dövlət arasında ilk sərhəd dirəklə­rinin quraşdırılması son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir.

Qarabağdakı xunta rejimi­nin mövcudluğuna son qoyulsa da, sülh masası arxasına keçmək istəməyən, müxtəlif manipulyasiyalarla prosesdən yayınan Ermənistan ölkəmizin siyasi və diplomatik iradəsi qarşısında, nəhayət, geri çəkildi. 30 il Azərbaycanla güc məntiqi ilə danışan işğalçı ölkə “də­mir yumruğ”un zərbəsi ilə diz çökəndən sonra yeni geosiyasi vəziyyətlə barışma­ğa məcbur oldu.

Daha sonra tədbir iştirakçılarına şəhid Anar Mürsəlovun məktəb illərindən və döyüş yolundan bəhs edən bədii kompozisiya və videoçarx nümayiş etdirilib, şagirdlərin ifasında səsləndirilən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən şeirlər və musiqi nömrələri maraqla qarşılanıb.

Şəhidin anası Qızbəs Abbasova öz adından və bütün şəhid valideynləri adından onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.

Sonda xatirə şəkli çəkilib.

 

Keçidlər