Daşkəsəndə məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib, məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenləri əhali arasında təşviq edilib
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın müvafiq bəndlərinin Daşkəsən rayonunda icrası istiqamətində məqsədyönlü işlər mütəmadi həyata keçirilir.
Milli Fəaliyyət Planının 12.2.2-ci və 12.2.3-cü bəndlərinin icrasını təmin etmək üçün məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə əhalinin müxtəlif yaş qrupları arasında sorğu keçirilib, sorğuların nəticələri rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yaradılmış monitorinq qrupuna təqdim olunub.
Eyni zamanda məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirmə işinin aparılması istiqamətində məlumatlandırıcı bülletenlər hazırlanaraq ictimai yerlərdə əhali arasında paylanılıb.