Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək
11 mart 2024 | 10:07
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev martın 12-də Daşkəsən rayonunda Daşkəsən və Samux rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 29 fevral – 06 mart tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.