Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən rayonunda kağız tullantılarının təkrar emal müəsissələrinə verilməsi məqsədilə toplanması davam edir

26 aprel 2024 | 16:40

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.8-ci bəndinin Daşkəsən rayonunda icrasını təmin etmək üçün rayon ərazisində kağız tullantılarının toplanması davam edir.

Aksiyanın keçirilməsinin məqsədi kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.

Toplanmış kağız tullantıları təkrar emal müəssisələrinə təhvil veriləcəkdir.

Keçidlər