Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyəti ETSN yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyasını keçirib

23 aprel 2024 | 09:11

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birlikdə rayon ərazisində ümumilikdə 3000 ədəd qoz, 500 ədəd isə göyrüc ağac tinginin əkilməsini təşkil edib.

Ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

 

Keçidlər