Rayon haqqında
Səhiyyə
Rayon əhalisinə 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 30 çarpayılıq 2 xəstəxana, 5 Həkim Məntəqəsi 23 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi xidmət göstərir. Ümumilikdə rayon səhiyyə sistemində 260 nəfər, o cümlədən 10 həkim ,99 orta tibb işçisi çalışır.
Rayonda səhiyyə sahəsində 77 nəfər həkim kadra ciddi ehtiyac vardır. 10 yaşayış məntəqəsində səhiyyə müəssisəsi yoxdur. 6 tibb maşını işlək vəziyyətdə əhalinin xidmətindədir.
Rayon Mərkəzi Xəstəxanası A.Abdullayev küçəsi - 1 ünvanda yerləşir, telefon / fax- (+994 22) 215-40-22.