Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İqtisadiyyat

Rayonun ərazisi 1,05 min km2-dir. Rayonda 1 şəhər, 5 qəsəbə və 43 kənd vardır. Əhalinin sayı 01 oktyabr  2024-cü il tarixə 33315 nəfər, ondan 10695 nəfəri Daşkəsən şəhər əhalisidir.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  31.10.2006, 17.10.2014 və 22.07.2021-ci il tarixlərdə (3 dəfə) Daşkəsən rayonuna səfər etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

-13.06.2006-cı il tarixli - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilmişdir;

- 02.04.2012-ci il tarixli - uzunluğu 21,3 km, əhalisi 13 min nəfər olan, 13 kəndi birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 mln manat ayrılmışdır;

- 10.01.2013-cü il tarixli, 20.10.2014-cü il tarixli - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentin Ehtiyat  Fondundan RİH-ə ümumilikdə 4,0 mln manat ayrılmışdır.

- 24.10.2018-ci il tarixli - uzunluğu 25 km, əhalisi 3 min nəfər olan, 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 mln manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

- 04.04.2019-cu il tarixli - uzunluğu 20 km, əhalisi 3 min nəfər olan, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin  8,5 mln  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

- 06.08.2020-ci il tarixli - Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.  Hazırda “AzerGold” tərəfindən geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlanılıb, yatağın qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat proqramı tərtib edilib.

- 01.09. 2020-ci il tarixli - Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

- 23.07.2021-ci il tarixli - yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

- 23.07.2021-ci il tarixli - Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılmışdır.

- 20.09.2022-ci il tarixli - yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılmışdır.

Sosial-iqtisadi göstəricilər:

  • 2003-cü ilə nisbətdə 2024-cü ilin yanvar- sentyabr aylarında ilkin göstəricilərə əsasən müqayisəli qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 21,5 dəfə, sənaye 97,5 faiz, əsas kapitala yönəldilmiş vəsait 66,1 dəfə, ondan tikinti-quraşdırma işləri 76,8 dəfə, kənd təsərrüfatı 48,2 faiz artmışdır;

- 204 ödənişli əsaslarla yaradılmış müvəqqəti (müddətli müqavilə ilə) iş yerində işləyənlərin müqavilələri davam etdirilir;

- Heydər Əliyev Mərkəzi və bayraq meydanı yaradılmış, Rayon İcra Hakimiyyəti, 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Gigiyena və Epidemiologiya Mərkəzi, Statistika, Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin yeni inzibati binaları, Gənclərin Təlim və İstirahət Mərkəzi, əlil və şəhid ailələri üçün 16 mənzilli 2, Daşkəsən şəhərində, Alunitdağ və Quşçu körpüsü  qəsəbələrində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli 3 yaşayış binası, Qabaqtəpə-Astaf avtomobil yolunda, Xoşbulaq, Dəstəfur və Çanaqçı kəndlərində 6 ədəd körpü, “AzerGold” QSC-nin ÇİRES-də Çəndə Qələviləşdirmə zavodu və  asfalt zavodu tikilərək istifadəyə verilmişdir. Mərkəzi Kitabxana, 2 dəmir yolu körpüsü əsaslı təmir edilmiş, Heydər Əliyev prospektinə, Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınmış, bir sıra təhsil, səhiyyə və mədəniyyət müəssisələrində cari təmir işləri aparılmışdır.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında  Daşkəsən şəhərində, Daşkəsən və Quşçu körpüsü qəsəbələrində, Qabaqtəpə, Dəvrallı və Quşçu kəndlərində   Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 18 fərdi yaşayış evi  tikilərək istifadəyə verilmişdir. Hər birində 1 fərdi ev olmaqla Çanaqçı, Qaraqullar və Əmirvar kəndlərində  yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlavə olaraq Samux rayonun Seyidlər qəsəbəsində 8 şəhid ailəsi və 6 Vətən müharibəsi əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşlar.

- Fövqəladə Hallar Nazirliyi tərəfindən Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində, Quşçu kəndində evləri qəzalı vəziyyətdə olan  vətəndaşlar üçün 3 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.

- Daşkəsən şəhərində 35/6 kv-luq, Alunitdağ qəsəbəsində 35/6 kv-luq, Əhmədli kəndində 110/35/6 kV-luq və Zağalı kəndi ərazisində  35/6 kV-luq elektrik yarımstansiyaları tikilərək istifadəyə verilmişdir. Rayon ərazisində olan 110/35/6 kV-luq  yarımstansiyadan keçməklə Kəlbəcər rayonunu elektrik enerjisi ilə təmin etmək üçün 49 km 110 kV-luq ikidövrəli elektrik veriliş xətti çəkilmişdir. Eyni zamanda rayon ərazisində istismarda olan 2x20 MVA gücündə  110/35/6 kV-luq Daşkəsən yarımstansiyasının yerində yeni 2x40 MVA gücündə yarımstansiyanın tikintisinə başlanılmış və hazırda  tikinti-quraşdırma işlərində son tamamlama işləri yerinə yetirilir.

- 2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmışdır. Həmin layihə tam başa çatdırılaraq 22.07.2021-ci il tarixdə açılışı olmuşdur. Rayonun Yuxarı Daşkəsən qəsəbəsində və Mədənçilər yaşayış sahəsinə yeni içməli su xətlərinin çəkilməsi üzrə “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə “Azərsu” ASC tərəfindən müvafiq layihə işlənib həyata keçirilmişdir. Mədənçilər yaşayış sahəsində və Yuxarı Daşkəsən qəsəbəsində əhalinin  su təminatının yaxşılaşdırılması məqsədilə su şəbəkəsi qurulmuş və yaşayış evlərinə sayğac quraşdırılmışdır. Mədənçilər yaşayış sahəsi tam,  Yuxarı Daşkəsən qəsəbəsinin bir hissəsi 24 saat fasiləsiz içməli su ilə təmin olunur.

Problemlər:

- Daşkəsən rayonunun 49 yaşayış məntəqəsindən cəmi 15 yaşayış məntəqəsi (yaşayış məntəqələri üzrə 30,6  %, ev təsərrüfatları  üzrə  74,0 %) qazlaşdırılmışdır. Rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması vacibdir;

- Rayon ərazisində şagird kontingenti az olan məktəblərin şagirdlərinin digər yaxın təhsil müəssisələrinə köçürülməsi dağlıq relyef, qarlı-şaxtalı hava şəraiti davamiyyətə mənfi təsir göstərəcəyini, əhalinin maddi imkansızlığını, kəndlər arasındakı məsafənin uzaq və yolların narahat olmasını nəzərə alaraq rayon mərkəzində internat tipli təhsil müəssisəsinin yaradılması məqsədəuyğundur.

- Ərazidə yaranmış işsizliyin aradan qaldırılması üçün mövcud olan mədənlərdə mütəxəssis və peşəkar kadrların daha çox yerli sakinlərin olması və rayonda fəaliyyət göstərən peşə məktəbinin maddi-texniki bazasının gücləndirilməsinə, məktəb binasının əsaslı təmir olunmasına və müasir dövr üçün tələb olunan ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac vardır.

- 20 kənddə tibb məntəqəsinin, 1 kənddə Ailə sağlamlıq mərkəzinin və 1 həkim məntəqəsinin tikilməsinə, 3 həkim məntəqə binasının əsaslı təmir edilməsinə və ixtisaslı kadrlara ciddi ehtiyac vardır;

- Rayon ərazisində fəaliyyət göstərən mədəniyyət obyektlərinin tikintisinə və əsaslı təmirinə ehtiyac vardır.

- Daşkəsən rayonunda kənd təsərrüfatı texnikalarına olan tələbat qonşu rayonların aqroservislərindən gətirilən texnikaların köməyi ilə yerinə yetirilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan tələbatının yaxşılaşdırılması, əkin sahələrinin genişləndirilməsi məqsədilə aqroservisin yaradılması məqsədəuyğundur.

- Rayonun 11 yaşayış məntəqəsi arasında avtomobil yollarının təmirsiz olması səbəbindən əhalinin gediş-gəlişi və nəqliyyatın hərəkəti üzrə çətinliklər mövcuddur. 38 km uzunluğunda olan Gəncə-Daşkəsən avtomobil yolunda sonuncu dəfə 2006-cı ildə əsaslı təmir işləri aparılmışdır. Həmin yolun əsaslı təmir olunaraq yol nişanlarının quraşdırılmasına və xətlənməsinə  ehtiyac vardır.

- Rayon ərazisində mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müxtəlif kateqoriyaları üzrə mənzil tikintisinin aparılmasına ehtiyac vardır. Daşkəsən şəhərində 2 ədəd 32 mənzilli, 1 ədəd 40 mənzilli, 2 ədəd 16 mənzilli yaşayış binalarının inşası, rayon ərazisində əlillər və şəhid ailələri üçün fərdi evlərin tikintisi vacibdir.

- Daşkəsən şəhərində sakinlərin istirahət etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün park, idman meydançaları və qurğularının yaradılmasına ehtiyac vardır.

- Daşkəsən şəhərində - şəhərdaxili küçələrin işıqlandırılmasının yenidən qurulması, bəzi küçələrə asfalt örtüyünün vurulması və istinad divarlarının təmir edilməsi məqsədəuyğundur.

- Rayon ərazisində baş verə biləcək fəlakətin qarşısının alınması üçün “Daşkəsən Dəmir  Filiz” MMC-yə məxsus 1754 metr uzunluğu olan hidrotexniki tunelin (suötürücü hidrotexniki qurğunun) əsaslı təmir edilməsinə, işçi vəziyyətinin bərpa olunmasına ciddi  ehtiyac vardır.

- Rayon ərazisində müasir tələblərə cavab verən məişət tullantıxanalarının tikintisinə, tullantıların daşınması və çeşidlənməsi üçün müasir maşın və mexanizmlərin alınmasına ehtiyac vardır.

- Dağlıq ərazidə və uzaq məsafələrdə yerləşən bütün yaşayış məntəqələrinin əhalisi pensiya və müavinətlərini rayon mərkəzində quraşdırılmış bankomatlardan almaq məcburiyyətində qalır. Rayonun  Xoşbulaq və Qabaqtəpə kəndləri ərazisində bankomatların və ödəniş terminallarının quraşdırılmasına ehtiyac vardır.

Keçidlər