Rayon haqqında
Coğrafi mövqeyi
Daşkəsən Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Rayonda temperatur qış aylarında -5 °C-dən -20 °C-dək, yay aylarında isə +20 °C-dən +35 °C-dək olur. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Xoşbulaq və Göygöl (Daşkəsən) süni gölləri vardır. Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsən səthi şimala doğru alçalan dağlarda. Murovdağ və Şahdağ silsilələrinin yamaclarını əhatə edir, ən hündür zirvələri Hinaldağ -3367 metr, Qoşqar dağı 3361 metr və sairdir. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir. Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərə bilərik.
Daşkəsən şəhərinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən - XƏRİTƏ