Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Fəaliyyət

DAŞKƏSƏN   RAYONU    HAQQINDA

M  Ə  L  U  M  A   T

 

Rayon İcra Hakimiyyətinin başçısı ___________________________________.

Rayonun ərazisi 1046,05 kv.km -dir. Əhalisi 35518  nəfərdir. Həmçinin rayonda  1226 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda 1 şəhər, 5 qəsəbə və 43 kənd vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 oktyabr 2006-cı il,  17 oktyabr  2014-cü il və 22 iyul 2021-ci il  tarixlərdə Daşkəsən rayonuna səfər etmişdir (3 dəfə).

2014-cü ilin  oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  xanımı Mehriban Əliyeva ilə birlikdə Daşkəsən rayonuna  səfər vaxtı əsaslı təmir edilmiş Heydər Əliyev Mərkəzində olmuş, Daşkəsən rayon İcra  Hakimiyyətinin yeni inzibati  binasının,  Avtovağzal kompleksinin və Gənclərin təlim və istirahət mərkəzinin  açılışında iştirak etmişlər.

2021-cü ilin  iyul ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Daşkəsən rayonuna  səfər vaxtı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsində olmuş, Şəhidlər xiyabanını ziyarət etmiş və Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olmuşdur.

Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb olmuş, onların  yaradıb-qurmaq əzmini daha da artırmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında 2 aprel  2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş  Azərbaycan Respublikası Prezidentinin  ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə  ilkin olaraq  3,0  (üç ) milyon manat ayrılmışdır;

“Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2013-cü il tarixli 2654 nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır.

“Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2014-cü il tarixli 790 nömrəli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır.

"Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin  24 oktyabr 2018-ci il Sərəncamı ilə üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon (on üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

Uzunluğu 20 km, əhalisi 3 min nəfər olan, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin  8,5 mln  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılmışdır.

Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2022-ci ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.

Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.
  Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da müxtəlif sahələrdə bu işlər davam etdirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi  haqqında”  26 may 2021-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən 2021-ci il ərzində Daşkəsən rayonunun Qabaqtəpə kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin, Qaratağlar kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda həmin modul tipli məktəblərin tikintisi davam etdirilir.

Daşkəsən rayon Mədəniyyət Mərkəzinin binasında cari təmir işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 2 fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Əlavə olaraq Samux rayonun Seyidlər qəsəbəsində 6 şəhid ailəsi və 5 vətən müharibəsi əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşlar.

Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının Daşkəsən rayon xidmət şöbəsi tərəfindən 2021-ci ildə təlimdən keçmiş 1 nəfər şəhid ailə üzvü aktivlərlə təmin olunmuşdur.

Daşkəsən rayon İcra Hakimiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və  “DOST İŞ Mərkəzi” MMC tərəfindən  təqdim olunan  221 ödənişli əsaslarla yaradılmış müvəqqəti (müddətli müqavilə ilə) iş yerində işləyənlərin müqavilələri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixl Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 16 tədbir nəzərdə  tutulmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.

Daşkəsən rayonu ərazisində 2022-ci il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən, baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 30 mart 2022-ci il tarixli 07 nömrəli sərəncam verilmişdir. Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.

Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq lazımi tədbirlər görülməlidir.

Koronavirus (COVİD - 19) infeksiyasının Daşkəsən rayonu ərazisində yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması məqsədilə, o cümlədən bu məsələ ilə  bağlı  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından verilən tapşırıqların icrasını operativ təmin etmək üçün  Daşkəsən Rayon İcra Hakimiyyətində qərargah yaradılmışdır.

Nazirlər Kabineti yanında yaradılmış xüsusi Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində koronavirus infeksiyası ilə bağlı aparılan tədbirlər davam etdirilərək tərəfimizdən ciddi nəzarətdə saxlanılır.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargahda vaxtaşırı müşavirələr keçirilir, tapşırıqlar verilir, koronavirusa qarşı mübarizə aparılır.      
   Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 avqust tarixli Sərəncamı ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar ilkin dəmir filizi yataqları üzrə qiymətləndirmə sənədinin hazırlanması “AzerGold” QSC-yə həvalə edilib. Dövlət başçısının 2020-ci il 1 sentyabr tarixli Sərəncamı ilə QSC-nin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Sözügedən sənədlərdən irəli gələn tapşırıqların icrası, ölkə ərazisində fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 2020-ci il dekabrın 14-də törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib. “AzerGold” QSC-nə məxsus Çovdar Filiz Emalı Sahəsi və Azərbaycan Şəkər İstehsalat Birliyi  İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətlərini  davam etdirmişlər.

“31 nömrəli Yol İstismarı” MMC tərəfindən respublika və yerli əhəmiyyətli avtomobil yolllarının saxlanması və təmiri  üzrə 2022-ci ilin birinci rübü ərzində   249,9 min manatlıq iş görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 23.07.2021-ci il tarixli Sərəncamı ilə yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat  ayrılmışdır.

Hazırda Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərin    əsaslı  təmiri  üzrə  Daşkəsən Rayon İcra  Hakiyətiyyəti tərəfindən  Respublika  Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə  təklifləri işlənib təqdim olunmuşdur.

Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 15 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Rayon üzrə yaşayış məntəqələri 30,6 %, ev təsərrüfatları  isə  74,0 % qazlaşdırılmışdır.

Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün aidiyyəti üzrə lazımi tədbirlər ardıcıllıqla davam etdirilməlidir.

Əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.

Daşkəsən qəsəbə ərazisində yerləşən  110/35/6 kV-luq Daşkəsən yarımstansiyasında yenidənqurma işləri davam etdirilmiş və hazırda  tikinti-quraşdırma işlərində son tamamlama işləri yerinə yetirilir.

Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən   maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması”  layihəsi çərçivəsində Daşkəsən şəhərinin su və kanalizasiya sistemi yenidən qurulmuşdur.

Həmin layihə başa çatdıqdan sonra Daşkəsən şəhəri ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Keçidlər