İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Orxan İrşad oğlu Abbasov 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit fakültəsinə 620 balla qəbul olmuş, bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2009-2010-cu illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir. 2012-2014-cü illərdə ABŞ-nın Qərbi Miçiqan Universitetində dünya iqtisadiyyatı üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2015 illərdə Bakı Avropa Oyunları Əməlliyyat Komitəsində təlimlər üzrə mütəxəssis, 2015-2017-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin təhlil sektorunda məsləhətçi, 2017-2020-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri, 2020-2023-cü illərdə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini işləmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 15 iyul 2024-cü il tarixli, 217 saylı Sərəncamı ilə Orxan İrşad oğlu Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.