Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Fərman və Sərəncamlar

 

Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul 2021-ci il

https://president.az/articles/52546

 

Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul 2021-ci il

https://president.az/articles/52547

 

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2020-ci il.

https://president.az/articles/40302

 

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2020-ci il.

https://president.az/articles/36021

/storage/files/files/SIYAHI-G%C6%8FNC%C6%8F%20%C5%9E%C6%8FH%C6%8FRININ%2C%20DA%C5%9EK%C6%8FS%C6%8FN%2C%20G%C3%96YG%C3%96L%20V%C6%8F%20SAMUX%20RAYONLARININ%202020-CI%20ILD%C6%8F%20QAZLA%C5%9EDIRILMASI%20N%C6%8FZ%C6%8FRD%C6%8F%20TUTULAN%20%C6%8FRAZI%20VAHIDL%C6%8FRI%20-RASM%C4%B0%20SANADLAR-XARICA-converted.pdf

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2019-cu il.

https://president.az/articles/32603

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon (on üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2018-ci il.

https://president.az/articles/30429

--------------------------------------------------------------------------------------------------------------

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar   haqqında   işlər   üzrə  Daşkəsən Rayon İcra Hakimiyyəti adından protokol  tərtib etmək  səlahiyyəti olan  vəzifəli  şəxslərin Siyahısı”nın təsdiq  edilməsi  haqqında

                                          /storage/files/files/Dashkesen0001.PDF

--------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti  olan  vəzifə şəxslərin  siyahısı”nın təsdiq edilməsi haqqında

                                           /storage/files/files/Dashkesen.PDF

--------------------------------------------------------------------------------------------------------------

 

2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin SİYAHISI

https://president.az/articles/27264

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ə.M.Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2018-ci il.

https://www.president.az/articles/26739

--------------------------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2.19-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429; 2014, № 4, maddə 403; 2016, № 2 (II kitab), maddə 349) Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilsin və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilsin.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
2.1. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsini təmin etsin;
2.2. investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi məqsədi ilə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görsün.
3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci bəndində göstərilən səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini və bununla bağlı təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılmasını təmin etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429; 2014, № 4, maddə 403; 2016, № 2 (II kitab), maddə 349) 3-cü hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2016-cı il.

https://president.az/articles/20585

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, “Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

https://president.az/articles/13145

--------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2013-cü il.

https://president.az/articles/7059

--------------------------------------------------------------------------------------------------------------

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2012-ci il.

 https://www.president.az/articles/4582

--------------------------------------------------------------------------------------------------------------

Ə.M.Abıyevin Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

  Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2011-ci il.

https://president.az/articles/1659

--------------------------------------------------------------------------------------------------------------

AZƏRBAYCAN RESPUBLİKASININ DAŞKƏSƏN RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında uğurla həyata keçirilir.
Dövlət Proqramının icrası nəticəsində şəhər və rayonlarda təhsil və səhiyyə sistemi möhkəmləndirilir, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılır, iş yerləri açılır, infrastruktur yenidən qurulur və iqtisadiyyatın dinamik inkişafı təmin edilir.
Lakin görülmüş işlərlə yanası, Daşkəsən rayonunun sosial-iqtisadi həyatında həlli vacib olan bir sıra problemlər hələ də qalmaqdadır.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
- bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Tədbirlər planının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2006-cı il

https://azertag.az/xeber/AZARBAYCAN_RESPUBLIKASININ_DASKASAN_RAYONUNUN_SOSIAL_IQTISADI_INKISAFININ_SURATLANDIRILMASINA_DAIR_ALAVA_TADBIRLAR_HAQQINDA__AZARBAYCAN_RESPUBLIKASI_PREZIDENTININ_SARANCAMI-348040

/storage/files/files/13%20iyun%202006(1).pdf


 

Keçidlər