Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə iyulun 10-da Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahana hazırlıq işləri başa çatdırılıb

09 iyul 2020 | 16:00

10 iyul 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı keçiriləcəkdir. 

İmtahan Daşkəsən şəhər A.Mürsəlov adına 2 №-li tam orta məktəbdə təşkil olunacaq, 78 nəfər abituriyent iştirak edəcəkdir.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
İmtahanın keçirilməsi nəzərdə tutulan Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin ərazisi, foye, dəhliz, imtahan otaqları dezinfeksiya edilib, sanitar qovşaqlarda axar su təmin olunub, tövsiyələrə uyğun bütün təmizlik işləri aparılıb.
Abituriyentlərin imtahana buraxılışı zamanı toplaşacağı yerlərdə 2 metrlik ara məsafəsinin nişanları çəkilib.

Keçidlər