Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ YENİYETMƏ VƏ GƏNCLƏR ARASINDA XALQ ÇALĞI ALƏTLƏRİ İFAÇILARININ MÜSABİQƏSİ MARAQLA QARŞILANIB

18 oktyabr 2019 | 16:00

Oktyabrın 18-də Daşkəsən rayon Mədəniyyət mərkəzində yeniyetmə və gənclər arasında xalq çalğı alətləri ifaçılarının müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi “18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü”nün qeyd olunması, musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi olub. 
Konsertdən əvvəl çıxış edən Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov bildirib ki, dövlətimiz milli ifaçılıq sənətini, xalq çalğı alətlərinin inkişafını daim diqqətdə saxlayır. Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Məhz bu uğurlu siyasət nəticəsində ölkəmiz bu sahədə beynəlxalq aləmdə böyük uğurlar əldə edib. Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi ilə milli ifaçılıq sənəti nümunələrimiz, o cümlədən muğam ifaçılığı, aşıq sənəti, tar və kamança ifaçılıq sənətləri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb.
Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva çıxışında ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açıb. Vurğulayıb ki, Azərbaycanda bədii təhsil sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur. Bu baxımdan müsabiqənin rayonumuz üçün böyük əhəmiyyəti vardır.
“Daşkəsəndə də musiqi təhsili üçün gözəl şərait yaradılıb. İnanıram ki, bu gün qalib olacaq yeniyetmə və gənclər gələcəkdə musiqimizi mötəbər beynəlxalq müsabiqələrdə təbliğ edəcəklər. Bütün qalibləri təbrik edir, gənclərə sənət yollarında uğurlar arzulayıram” – deyə Mətanət Abdullayeva çıxışının sonunda qeyd edib.
Çıxışlardan sonra müsabiqənin 12 nəfər iştirakçısı konsert proqramını təqdim edib. Gənclərin tar, kamança, saz, qarmon və nağara alətlərində Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət çıxışları böyük maraqla qarşılanıb. Gənc istedadların rəngarəng çıxışları tamaşaçılar tərəfindən  sürəkli alqışlanıb.
Sonda qaliblər Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıb.


Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər