Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “MƏNƏVİ DƏYƏRLƏRİMİZ VƏ GƏNCLƏR” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR KEÇİRİLİB

11 sentyabr 2019 | 16:00

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Daşkəsən şəhərində, Quşçu, Bayan, Kəmərqaya, Qazaxyolçular kəndlərində və Yuxarı Daşkəsən qəsəbəsində “Mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlara işin təşkilatçısı Elmar Əliyev, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Ənvər  Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şamxal Həsənov, sakinlər, müəllimlər və gənclər iştirak ediblər.
Tədbirlərdə çıxış edən RİH-nin məsul əməkdaşı E. Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb, dini maarifləndirmə sahəsində rayonda həyata keçirilən bu cür tədbirlərin  müsbət nəticələrini qeyd edib. Həmçinin deyib ki, milli müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyev tərəfindən mənəvi dəyərlərimizə böyük diqqət və qayğı göstərilib. Bu siyasət bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 
Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Ə. Əliyev mövzunun vacibliyindən danışaraq layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açıb.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Ş. Həsənov isə mövzu ətrafında çıxış edərək gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə danışıb. Bildirib ki, təbliğ etdiyi bəşəri ideyalarla tanınan xalqımız mənəvi dəyərləri, adət-ənənələri və milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutur.
Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər