Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QAZAXYOLÇULAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

28 avqust 2019 | 16:00

Avqustun 28-də Qazaxyolçular kənd tam orta məktəbinin həyətində, açıq havada keçirilən vətəndaşların səyyar qəbulunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində son illər ölkəmizdə, o cümlədən Daşkəsəndə görülən işlər barədə ətraflı məlumat verib. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq, təmir-tikinti işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb.
Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində Qazaxyolçular kəndinin də bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kənddaxili yolların təmirinə,  elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunmasına, uşaq bağçasının təmirinə və digər şəxsi problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin qaldırdığı təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb.
Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər