Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

09 dekabr 2018 | 16:00

Dekabrın 10-da Daşkəsən rayon Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.
Daşkəsən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib.
“Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib”, - deyən M.Abdullayeva vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd edib.
Tədbir məktəblilərin Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin və mahnıların ifası ilə başa çatıb.

Keçidlər