Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YENİYETMƏLƏR ARASINDA YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLİB

05 noyabr 2018 | 16:00

04-05 noyabr tarixlərdə Daşkəsən rayon uşaq gənclər idman şahmat məktəbində 9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Birinciliyin açılışında çıxış edən Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov 9 Noyabr – Dövlət Bayrağı günü münasibəti ilə təbriklərini çatdırdıqdan sonra iştirakçılara yarışın keçirilmə qaydası barədə məlumat verib, idmançılara müvəffəqiyyətlər arzulayıb. 

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iki gün gərgin mübarizə şəraitində davam edən yarışda 13 çəki dərəcəsində ümumilikdə 55 nəfər iştirak edib. Yarışda I, II, III yerləri tutmuş idmançılar Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər