Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAP DAŞKƏSƏN RAYON TƏŞKİLATININ İCRA HAKİMİYYƏTİ APARATI İLK PARTİYA TƏŞKİLATININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

24 oktyabr 2018 | 16:00

Oktyabrın 24-də YAP Daşkəsən rayon təşkilatının İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatının növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatından YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin və Qadınlar Şurasının V Konfransına nümayəndələrin seçilməsi olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq YAP-ın çətin və şərəfli yol keçməsi, partiyanın ölkəmizdə anarxiya və özbaşınalığın hökm sürdüyü bir vaxtda Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması, əslində bu təşkilatın yaradılmasının Azərbaycan cəmiyyətinin tələbi olması, YAP-ın sədri seçildikdən sonra  partiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilməsi və güclənməsi, üzvlərinin sayının artması, bunun nəticəsində partiyanın bu gün  723 min nəfərdən çox üzvünün olması, partiya üzvlərinin əksəriyyətini ziyalıların, qadınların və gənclərin təşkil etməsi, partiyanın qəbul etdiyi siyasi kursun bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, “YAP-ın bu günün, sabahın və gələcəyin partiyası” olması barədə  geniş  məlumat verib.
Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, YAP-ın bütün uğurlarının və qələbəsinin arxasında xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevə olan sarsılmaz inamı və bu inamdan doğan dəstəyi dayanır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də çıxış edərək partiya rayon təşkilatının ötən dövr ərzində gördüyü işlər barədə danışıb. O deyib: “YAP Daşkəsən rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Fəaliyyətimizi, öz işimizi partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqlarına, həmçinin YAP-ın nizamnamə və proqramına müvafiq müəyyənləşdirmişik. Hazırda təşkilatın üzvlərinin sayı 4520 nəfərə çatıb və rayonumuzda YAP-a rəqib ola biləcək alternativ bir partiya yoxdur. Bunun səbəbi daşkəsənlilərin Ümummilli lider Heydər Əliyev siyasətinə daim göstərdikləri sədaqətdən və sevgidən irəli gəlir. Rayon təşkilatı müəyyən olunmuş vaxtlarda toplaşır, təşkilatın işini və qarşıda duran vəzifələri müzakirə edirlər. Ümumiyyətlə, rayon təşkilatı olaraq hər ilin əvvəlində tədbirlər planı təsdiq edirik və bu plana uyğun olaraq fəaliyyətimizi qururuq. Hər il bütün əlamətdar günlər, tarixi hadisələrlə və s. bağlı tədbirlər keçiririk. Xüsusilə, seçki kampaniyaları dövründə partiyamızın qələbəsini təmin etmək üçün yerli təşkilat olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq”.
Daha sonra YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin V Konfransına  İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatından Elşən Alıyev, Kənan Bayramov, Elxan Hüseynzadə, Yaqub Bayramov və Ramin Ələsgərli, YAP Daşkəsən rayon təşkilatı Qadınlar Şurasının V Konfransına  isə İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatından Aidə Nağıyeva, Ramida Süleymanova, İlahə Xıdırova, Şahnaz Tağıyeva və Səidə Hökmalıyeva nümayəndə seçiliblər.

Keçidlər