Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir

27 sentyabr 2018 | 16:00

25-26 sentyabr 2018-ci il tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “21 sentyabr Beynəlxalq Sülh günü” münasibətilə ümumtəhsil məktəblərinin 2002-2004-cü il təvəllüdlü şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın keçirilməsinin məqsədı “21 sentyabr Beynəlxalq Sülh günü”nün qeyd olunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur.
Yarışda 21 nəfər idmançı iştirak etmişdir. Gərgin keçən mübarizənin sonunda A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdi Məmmədov Fuad İnqlab oğlu I, S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Fərid İntiqam oğlu II, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi Əlizadə Elariz Hafiz oğlu isə III yerə layiq görülmüşdür.
Qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Keçidlər