Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN ARIÇILARI BAKIDA KEÇİRİLƏCƏK ARIÇILIQ MƏHSULLARININ SƏRGİ-SATIŞ YARMARKASINDA İŞTİRAK EDƏCƏKLƏR

13 sentyabr 2018 | 16:00

Kənd Təsərrüfatı Nazirliyi 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcəkdir.
Yarmarkaya hazırlıqla bağlı Daşkəsən rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin və Baytarlıq İdarəsinin əməkdaşlarından ibarət işçi qrupları yaradılmışdır. İşçi qrupları yarmarkada iştirak etmək istəyən arıçılarla yerlərdə görüşlər təşkil etmiş və arı ailələrinə baxış keçirərək fotoşəkillər çəkmişlər. 
Aparılan tədbirlərin tərkib hissəsi olaraq sentyabrın 12-də Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində iştirakçı qismində qeydiyyata alınan arıçılara əlavə məlumatlar çatdırılmış, onları maraqlandıran suallar cavablandırılmış, tövsiyələr verilmişdir.
Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu Gəncə-Qazax iqtisadi rayonu üzrə 22-24 sentyabr tarixlərdə həyata keçiriləcəkdir. Oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması olacaqdır. Püşkatmada bütün arıçıların iştirakı arzu edilir.

 

Keçidlər