Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun sosial-iqtisadi diaqnostikası ilə bağlı seminar keçirilib

20 avqust 2018 | 16:00

15-16-17 avqust tarixlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə “Gəncə-Qazax İqtisadi rayonunda Yerli və Regional İnkişafa dəstək” layihəsi çərçivəsində “Daşkəsən rayonunun sosial-iqtisadi diaqnostikası” adlı seminar keçirib.
Layihənin əsas məqsədlərindən biri Daşkəsəndə turizm və kənd təsərrüfatı sahələrinin yerli və regional səviyyədə inkişafına töhfə verməkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi layihənin tərəfdaşlarıdır.
Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində keçirilmiş seminarda İqtisadiyyat Nazirliyinin regionlarla iş sektorunun müdiri Fariz Əhmədov, Daşkəsən rayonunun sosial-iqtisadi inkişaf planını hazırlayacaq “GFA konsaltinq” şirkətinin proyekt meneceri Vitold Satarius, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisindən Mehdi Abdullayev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon rəhbərliyi ilə birgə keçirilmiş maraqlı və əlaqəli tərəflərin təhlili müşavirəsində əvvəlcədən müəyyən edilmiş nümayəndələr iştirak ediblər.
Seminarı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev giriş nitqində bildirib ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişaf planının hazırlanması rayonun bundan sonrakı gələcək inkişafında mühüm hadisədir və müxtəlif aspektlərdən olan yanaşmaların, yerlərdən gələn təkliflərin müasir metodologiyalar əsasında hərtərəfli təhlilini təşkil etməklə konseptual formada ümumiləşdirilməsi hədəflərə çatmaq işinin səmərəli olmasına xidmət göstərir.
Ötən 3 gün ərzində rayonun sosial-iqtisadi sahələrinə dair müxtəlif mövzular müzakirə olunmuş, maraqlı mülahizələr səsləndirilmiş, tipikləşdirmələr aparılmış və ən optimal variantlar seçilərək nəzərdən keçirilmişdir.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı

Keçidlər