Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNUN KƏMƏRQAYA KƏNDİNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLMİŞDİR

07 mart 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının rayonun Kəmərqaya kəndindəki vətəndaşların səyyar qəbulundan sonra Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbdə kəndin ziyalı və ağbirçək xanımlarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qadınlarla birlikdə bayram süfrəsi ətrafında səmimi söhbət etmiş, başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarına ən səmimi təbriklərini çatdırmış, onlara sağlam uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, işlərində yeni-yeni uğurlar arzulamışdır.
Əhəd Abıyev 8 Mart Beynəlxalq Qadınlar gününün Azərbaycanda qeyd olunması tarixi barədə məlumat verdikdən sonra qeyd etmişdir ki, Ulu Öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer verir, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Rayon İcra Hakimiyyətinin Başçısı xüsusilə vurğulamışdır ki, hazırda Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti  sayəsində ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir.  Bu şərəfli yolda qadınlarımız da əllərindən gələni əsirgəmirlər. Onlar ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyin  daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün var qüvvələrini sərf edirlər. Övladlarını Vətənə sədaqət, respublikamızın müstəqilliyinin  möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda  tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiq bir vətəndaş kimi yetişdirmək işində qadınlarımız öz üzərilərinə düşən ağır yükü şərəflə daşıyırlar.
Əhəd Abıyev rayonun inkişafında qadınların şərəfli əməyindən söz açaraq demişdir ki, Daşkəsən qadınları həmişə ictimai-siyasi hadisələrdə fəal olub, öz müsbət keyfiyyətləri ilə nümunə göstəriblər. Onlar rayonun idarəetmə orqanlarında, ictimai-siyasi həyatda layiqincə təmsil olunurlar. Var qüvvələri ilə dövlətimizin, respublikamızın mövqeyinin möhkəmləndirilməsi uğrunda çalışır, rayonun tərəqqisi naminə səylərini əsirgəmirlər. İnanırıq ki, cəmiyyət qarşısında öz məsuliyyətlərini bütün dərinliyi ilə dərk edən qadınlarımız bundan sonra da müstəqil respublikamızın tərəqqisinə  böyük töhfələr verəcəklər. 
Tədbirdə çıxış edən Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbin direktoru Tərlan Əsədova  və başqaları çıxış edərək Azərbaycan qadınının ağlı, zəkası, hər şeydən əvvəl yüksək analıq xüsusiyyətləri, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və digər müsbət keyfiyyətləri barədə dəyərli fikirlər söyləmiş, ölkəmizdə qadınlara göstərilən qayğıya görə dövlətimizin Başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər