Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ “20 YANVAR FACİƏSİ” ADLI SƏRGİ KEÇİRİLİB

17 yanvar 2018 | 16:00

Yanvarın 17-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş  rəsm və kitab sərgisi keçirilib. Sərginin əsas məqsədi bu qanlı faciədə həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək idi.
Sərgi 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sərgidə rayon məktəblilərinin şəhidlərə həsr olunmuş rəsmləri, əl işləri və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının şərəfli həyat yolundan bəhs edən kitablar nümayiş etdirilib.
Sərginin açılış nitqində Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov tədbir iştirakçılarına tarixi hadisənin dəhşətlərini xatırladıb. O, qədim dövlətçilik ənənəsinə malik olan Azərbaycan xalqının öz müstəqilliyi və dövlət müqəddəratı uğrunda tarix boyu çətinliklərlə üzləşdiyini və 20 Yanvar faciəsinin də bu məşəqqətlərdən biri olduğunu diqqətə çatdırıb.
Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, rayon Mədəniyyət və Turizm nümayəndəliyinin baş məsləhətçisi İsax Məmmədov çıxış edərək 20 Yanvar faciəsi şəhidlərini xalqımızın heç vaxt unutmayacağını və onların əziz xatirəsinin daim yad ediləcəyini bildiriblər.
Digər çıxış edənlər 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri, ağır mənəvi, psixoloji və sosial nəticələri barədə söhbət açıblar. Qeyd edilib ki, qanlı hadisənin ertəsi günü xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Sonra şagirdlərin ifasında 20 Yanvar faciəsinə və şəhidlərinə həsr olunan şeirlər səsləndirilib.
Sərgi 3 gün müddətində davam edəcək.

Elmar VÜQARLI

         Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər