Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” günü qeyd edildi

21 noyabr 2016 | 16:00

Bu gün, Daşkəsən rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Tədbir iştirakçıları ilk öncə rayon mərkəzidə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək,  Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Bundan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdılar. 
Heydər Əliyev Mərkəzdə baş tutan tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev çıxış edərək məhkəmə və ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə həmin gün, yəni 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Həmçinin ədliyyə sisteminin inkişafında dövlətin diqqət və qayğısından danışan Əhəd Abıyev qeyd etmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxsaylı ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsi ədliyyə orqanları işçilərinin böyük sevincinə səbəb olmuşdur. Bildirilmişdir ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir.
Sonra Daşkəsən rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov çıxış edərək başda  Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini bu peşə bayramı günü münasibətilə təbrik etdi və işlərində yeni-yeni nailiyyətlər arzuladı. Hakim T.Məmmədov qeyd etdi ki, məhkəmə hakimiyyətinin yüksək statusu nəzərə alınaraq məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətdə son illər böyük işlər görülüb.  Ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun öz vəzifələrini layiqincə yerinə yetirmək, Dövlət başçısının ətrafında sıx birləşərək demokratik-hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər. Respublikada aparılan uğurlu məhkəmə-hüquq islahatları və ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı mütərəqqi hüquqi qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verən T.Məmmədov göstərilən bütün diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi. 
Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələri ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etdilər.
Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər