Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Gənclərin yaradıcılıq emalatxanası” adlı düşərgə keçirilib

18 avqust 2016 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın 5.2.3-cü yarımbəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahələrindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrası məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 10-19 avqust 2016-cı il tarixlərdə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində “Gənclərin yaradıcılıq emalatxanası” adlı düşərgə keçirilib.

Düşərgəyə peşəkar müəllimlər və respublikanın müxtəlif bölgələrindən 100-dək fəal gənc qatılıb.
Gənclərin “Yaradıcılıq emalatxanası” düşərgəsinin məqsədi yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli keçirilməsi olmuşdur.
Düşərgə çərçivəsində müəllimlər gənclərə təsviri sənət, foto, müasir rəqs, aktyorluq, estrada ifası, telejurnalistika sahələrindən ustad dərsləri vermiş və gənclərin müxtəlif prezentasiyaları nümayiş edilmişdir.

Elmar VÜQARLI

Keçidlər