Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu 2016-cı ilin I yarımilini uğurlu nailiyyətlərlə başa vurdu

21 iyul 2016 | 16:00

21 iyul 2016-cı il tarixdə  Daşkəsən rayonunda  2016-cı  ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş yığıncaqda ümumilikdə 220 nəfər olmaqla, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2016-cı ilin I yarımili ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Prezident sarayında, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası  keçirilmişdir. Prezident Möhtərəm cənab  İlham Əliyev iclası   giriş nitqi ilə açmışdır.
İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbiçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Möhtərəm Prezident cənab İlham Əliyev şəhidlərimizin yaxınlarına səbr, yaralananlara şəfa diləmişdir.
Dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, 2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarıb. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verib, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, 2 min hektar torpağı azad edib.
Bu münaqişənin tezliklə həllinin tapmasının vacibliyini vurğulayan dövlət başçısı bildirib ki, status-kvonun dəyişdirilməsi olduqca mühüm məsələdir. Çünki bu məsələnin həlli işğal edilmiş torpaqların azad edilməsi deməkdir. “Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.”-deyən cənab Prezident bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında,  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinin əsas vəzifə olduğunu bildirib.
Ölkədəki inkişaf dinamikasının daha da sürətləndirilməsinin vacibliyini vurğulayan Prezident cənab İlham Əliyev Azərbaycanın uğurlu inkişafının təmin  edildiyini  bildirib, ölkəmizdə təhlükəsizliyin yüksək   səviyyədə   qorunduğunu ,  ictimai  -  siyasi  sabitliyin möhkəmləndiyini diqqətə çatdırıb. O, qeyd edib ki, ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır.
Azərbaycanın xarici siyasətindəki uğurlara da toxunan Prezident ilin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısının səfər etdiyini, həmçinin çoxsaylı xarici səfərlərinin beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirdiyini deyib.
İlin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak edən dövlət başçısı dünya miqyasında birinci beynəlxalq tədbir olan Davos Ümumdünya İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda, Vaşinqtonda Nüvə Sammitində, Türkiyədə baş tutan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilmişdir və Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə - Dünya Humanitar Sammitində iştirakını buna misal gətirib O, qeyd edib ki, Sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları demək olar ki, aparılmır. Ancaq buna baxmayaraq, Azərbaycan oraya dəvət edilmiş ölkələrin sırasında idi. Bütün bu beynəlxalq tədbirlər və Azərbaycanın o tədbirlərdə fəal iştirakı ölkəmizin önəmini göstərir, eyni zamanda, bizim üçün yeni imkanlar açır. Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı.
Prezident cənab İlham Əliyev nitqində ordu quruculuğuna daha böyük diqqət göstərilməsinin vacibliyini bildirib, buna nail olmaq üçün iqtisadiyyatın sürətlə inkişaf etməsinin əhəmiyyətinə toxunub. Hərbi potensialımızın gücləndirilməsinin prioritet olaraq qalacağını bildirən dövlət başçısı aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görüldüyünü deyib.”Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir.”- deyə cənab Prezident çıxışında bildirib.
Bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensialımızın olmasının vacibliyindən danışan İlham Əliyev ümumi daxili məhsulun  bir  qədər  azaldığını, ancaq  iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatının artıdığını diqqətə çatdırıb. O, bildirib ki, ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq.
Azərbaycan Prezidenti regional inkişaf proqramının icrası, investisiyaların qoyulması, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü, “Cənub  Qaz Dəhlizi” layihəsinin icrasının cədvəl üzrə getdiyini, bu strateji layihənin vaxtında icra olunacağını bildirib. Ölkə rəhbəri ilin altı ayında 78 min daimi iş yeri açıldığını qeyd edib.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atıldığını deyən Prezident Azərbaycanda maaşlar və pensiyaların 10 faiz artırıldığını da diqqətə çatdırıb.
Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulubdur. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcəkdir…”
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək bildirmişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2016-cı ilin birinci yarısında bir çox işlər görülmüş və nailiyyətlər  əldə olunmuşdur.
  Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.
Yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılır.
Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında  Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində   Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evlərinin  tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir.
Daşkəsən şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün  torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən  aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda  yeni müəssisələrin yaradılması və bir   sıra irimiqyaslı  tikinti, təmir – bərpa  işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Rayonumuzda əlavə olaraq yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində  aidiyyəti üzrə  respublika tabeli  qurumlar tərəfindən tədbirlər görülməlidir. Bu istiqamətdə işlərin görülməsi üçün Xoşbulaq kəndi ərazisində  əlverişli şərait vardır.
Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Daşkəsən rayonu 2016-cı ildə də özünün ən sürətli inkişaf dövrünü yaşayacaqdır.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, kənd  təsərrüfatı  məhsullarının  istehsalının artırılması, aqrar  sektorda  mövcud  problemlərin  həllinə sistemli  və  kompleks yanaşmanın  təmin  edilməsi,  bu istiqamətdə mərkəzi  və  yerli  icra hakimiyyəti  orqanlarının  fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən  işlərin  vəziyyətinin öyrənilməsi  və  müvafiq  təkliflərin  hazırlanması  məqsədilə  Azərbaycan  Respublikası Prezidentinin  Administrasiyası  rəhbərinin 26 sayli,  31 mart 2016-cı il tarixli  sərəncamının  icrasi ilə əlaqədar  işçi qrupunun iştirakı ilə  Daşkəsən  rayonunda 24  iyun 2016-ci il tarixdə yığıncaq    keçirilmişdir. Yığıncaqda işçi qrupuna  yığıncaq iştirakçıları tərəfindən  bir sıra təkliflər  verilmişdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq  təsərrüfatları,  1 damazlıq arıçılıq və  1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Gələcəkdə  toxumçuluq və damazlıq təsərrüfatlarının  artırılması üçün işlər aparılır. 
   
2016-cı ilin məhsulu üçün 641 ha sahədə taxıl səpilmişdir.  Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə  süni mayalama məntəqələri fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, rayonda  torpaqlardan təyinatı üzrə istifadəyə görə  müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq, lazımı tədbirlər görülməlidir. 
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ilin fevral ayının 15-dən 02 may 2016-cı il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil   edilmişdir.    Həmin    tapşırığa    əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq  əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi  və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 21774 nəfər tibbi müayinədən keçmiş, 22 nəfər müxtəlif xəstəliklərdən  Bakı şəhərinə göndərilmiş, 90 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 173 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında həmçinin vurğulamışdır ki, Azərbaycan  Respublikasının  Prezidenti Möhtərəm cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu  “AzerGold” Qapalı Səhmdar  Cəmiyyəti  yaradılmışdır.  Möhtərəm cənab Prezidentin 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar  Cəmiyyətinin idarə heyətinə yeni sədr  təyin edilmişdir.
Azərbaycan  Respublikasının  Metallurgiya kompleksində  sağlamlaşdırma  və restrukturizasiya tədbirlərinin həyata  keçirilməsi haqqında Azərbaycan  Respublikasının  Prezidentinin     13 iyul 2016-cı il tarixli  sərəncamı olmuşdur. Sərəncama əsasən  Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan  Respublikasının  Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir.
Respublikada  həyata  keçirilən  iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət  daşıması  cəmiyyətin  sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması   istiqamətində atılan bütün  addımlar öz müsbət nəticələrini verir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev 2016-cı ilin birinci yarısı ərzində Daşkəsən rayonu ərazisində mövcud olan digər idarə və təşkilatların  fəaliyyəti barədə geniş məlumat vermiş, Azərbaycan Hökuməti ilə  Islam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərindən danışmışdır. Bildirmişdir ki, bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində  Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.
06 iyun 2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir.  “ASAN xidmət”in xidmətlərindən 3249 nəfər yararlanmışdır.
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara  göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  bölgələrdə vətəndaşları qəbul edir, onların  qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
08 fevral 2016-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyqulu Bağırov rayon sakinləri ilə görüş keçirmişdir.
09 iyun 2016-cı il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə tədbir keçirilmişdirTədbirdə  bir sıra  məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevin 01.02.2016-cı il tarixli məktubuna əsasən   Rayon   İcra   Hakimiyyəti   Başçısının   08 saylı, 03.02.2016-cı il tarixli sərəncamı ilə qərargah yaradılmış,  rayon icra hakimiyyəti ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflərin hazırlanması, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirməsi və görülən işlər barədə məlumatların hər ayın 1-də  və 15-də  qərargah  tərəfindən  Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilir.
İyulun 10-da Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2016-cı ilin birinci yarısının  sosial-iqtisadi   inkişafın  yekunlarına   və   qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir: “Əminəm ki, verdiyim bütün tapşırıqlar yerinə yetiriləcək, biz bu ili də uğurla başa vuracağıq.”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışının sonunda  yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. İcazə verin, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün daşkəsənlilər qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının yeganə, əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Rayon Kənd Təsərrüfatı idarəsinin müdiri Şahbaz Mehdiyev, RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda gündəlikdəki məsələ ilə  əlaqədar  qərar layihəsi oxunmuş, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər