Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda İkinci Dünya müharibəsində faşizm üzərində əldə olunmuş Qələbənin 71-ci ildönümü münasibətilə tədbir keçirilib.

09 may 2016 | 16:00

Daşkəsən rayonunda 9 May - Alman faşizmi üzərində qələbənin 71-ci  ildönümü ilə bağlı müharibə veteranları ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 9 May Alman faşizmi üzərində qələbə münasibətilə təbrik etmiş, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi daşkəsənlilərin də payı olduğunu qeyd etmişlər.
Görüşdə bildirilmişdir ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.
Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Dövlətimizin başçısının bu il imzaladığı Sərəncamla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, Böyük Vətən müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Sonra Böyük Vətən müharibəsi iştirakçısı Məmmədov İdris Kərəm oğlunun yaşadığı mənzilə gedilmişdir. Qocaman veteran keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Daşkəsən rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənc nəslə ağsaqqal məsləhətlərini vermiş, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
      Müharibə xatirələri və  maraqlı söhbətlərlə davam edən görüşlərin sonunda Böyük Vətən müharibəsi veteranına və arxa cəbhədə fədakar əməyinə görə fərqlənmiş Allahverdiyev Əmrah Şirin oğluna maddi yardımlar və hədiyyə təqdim olunmuşdur.

Keçidlər