Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ MİNA VƏ PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB

26 noyabr 2021 | 16:00

Noyabrın 26-da Daşkəsən rayonunda Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi keçirilib.
Maarifləndirmə layihəsinin həyata keçirilməsində məqsəd Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Qaratağlar, Astaf, Zağalı, Qabaqtəpə, Təzəkənd, Pirverdilər, Kollu, Yolqullar və Çıraqlı kəndlərində yaşayan, mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan sakinlərin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.
Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edib və təşkilatçılara rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından təşəkkürünü bildirib.
Təlimatçı Musa Cəlalov proqram haqqında ətraflı məlumat verib, lazımi bilik və bacarıqları çatdırıb, sualları cavablandırıb. Təlimlərdə BAMF-ın regional koordinatorları Fariz Vəliyev və Vüqar Yusifli də iştirak ediblər.
Sonda təlim iştirakçılarına maarifləndirici materiallar paylanıb.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər