Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

İcra hakimiyyətinin başçısı

Abıyev Əhəd Mikayıl oğlu — Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı. Əhəd Mikayıl oğlu Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1975-1977 –ci illərdə Masallı Konserv Zavodunda başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979-cu ildə Bakı şəhəri Tikinti Quraşdırma İdarəsi 2-ci dərəcəli usta, 1979-1980-cı illərdə Taxıl Tədarükü Nazirliyinin Tədris Kombinatı İstehsalatın bütün təsərrüfat sahələri üzrə briqadir, 1980-1983-ci illərdə 26 Bakı Komissarı Rayonu Mənzil İstismar Sahəsi texnik, 1983-1984-cü illərdə “Azərittifaq” Universal bazasında iqtisadçı, 1984-1985-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsində Sənaye şöbəsində böyük inspektor 1986-1989-cu illərdə Bakı şəhər İcraiyyə Komitəsində Əmək haqqı şöbəsində iqtisadçı, 1989-1992-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsində Plan-İqtisadiyyat şöbəsində əmək haqqı üzrə 1-ci kateqoriyalı mütəxəssis 1992-1995-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Əhalinin Məşğulluğu və Sosial Müdafiəsi üzrə şöbənin müdiri 1995-2010-cu illərdə Milli Məclisin deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

 

 

Keçidlər