Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Mədəniyyət

           Daşkəsən rayonunda 81 mədəni-maarif müəssisəsi fəaliyyət göstərir.

1 Uşaq incəsənət  məktəbi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1 Mədəniyyət Mərkəzi, 1 Dövlət rəsmlər qalereyası, 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-diyarşünaslıq muzeyi, 37 kənd, qəsəbə filial kitabxanası, 2 kənd mədəniyyət evi, 31 kənd klubu, 5 qəsəbə klubu olmaqla, 340 nəfər işçi rayonun mədəniyyət sahəsində çalışır.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzi 2006-cı ildən fəaliyyət göstərməyə başlamışdır. Mərkəzdə 10 nəfər işçi çalışır. Onlardan 2 nəfər ali təhsilli, 2 nəfər orta ixtisas, 6 nəfər orta təhsillidir. Mərkəz ideoloji bir müəssisə olaraq fəaliyyətini ulu öndərin Heydər Əliyevin həyat və fəaliyyətinin düzgün təbliği, gənc nəslin bu istiqamətdə maarifləndirilməsi, milli müstəqil Azərbaycan Respublikasının yaranması və azərbaycançılıq ideyasının təbliği istiqamətində qurur. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və zəngin siyasi fəaliyyətinin əsas məqamlarını əks etdirən 213 ədəd eksponat nümayiş etdirilir. Eyni zamanda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 715-ə yaxın eksponat qorunub saxlanılır. Mərkəzdə hazırda rəqs qrupu, elektron kitabxana, kompüter və ingilis dili kursları fəaliyyət göstərir.  

Daşkəsən rayon Mədəniyyət Mərkəzi, kənd, qəsəbə klubları və kənd mədəniyyət evləri üçün metodik mərkəz funksiyasını yerinə yetirir. Mədəniyyət Mərkəzində  6 nəfər ştat üzrə, 2 nəfər ştatdankənar işçi çalışır. 36 kənd, qəsəbə klublarında 108 nəfər, 2 kənd mədəniyyət evində 11 nəfər işçi çalışır. Onlardan 3 nəfər ali təhsilli (qeyri-ixtisas), 1 nəfər orta ixtisas təhsilli (qeyri-ixtisas ), 123 nəfər isə orta təhsillidir. Daşkəsən rayon Mədəniyyət Mərkəzi 2006-cı ildə əsaslı təmir edilmişdir. Cari təmirinə ehtiyac vardır.

Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1982-ci ildə yaradılmış, 37 kənd və qəsəbə filialı vardır. Sistemdə texniki işçilərlə birlikdə 96 nəfər işçi çalışır. 25 nəfər şəhər kitabxanasında, 71 nəfər isə kənd və qəsəbə kitabxana filiallarında fəaliyyət göstərir. Onlardan 1 nəfər ali ixtisas təhsilli, 4 nəfər orta ixtisas təhsilli,  91 nəfər orta təhsillidir. Hazırda  bütün filiallar daxil olmaqla Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 430375 nüsxə kitab fondu mövcuddur. Mərkəzləşdirilmiş Kitabxana Sistemində 6 şöbə fəaliyyət göstərir-metodika və biblioqrafiya şöbəsi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, komplektləşmə və kitabişləmə şöbəsi, informasiya-resurs şöbəsi, xidmət şöbəsi və uşaq şöbəsi. Şöbələr bütün kitabxana filiallarının fəaliyyətini tənzimləyir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika və biblioqrafiya  şöbəsinin metodistləri vaxtaşırı yerlərdə olur və işçilərə metodiki tövsiyələr verir. Bütün bu işlər əvvəlcədən tutulmuş qrafik əsasında yerinə yetirilir. Mərkəzləşdirilmiş Kitabxana Sistemində hal-hazırda 9 ədəd kompüter dəsti işlək vəziyyətdədir. Bundan başqa, 1 ədəd kompüter dəsti uşaq şöbəsində, 1 ədəd kompüter dəsti xidmət şöbəsində, 1 ədəd kompüter dəsti Bayan kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Bayan, Almabağı kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Aşağı Daşkəsən qəsəbə kitabxanasında, 1 ədəd kompüter dəsti Gurbulaq kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Xoşbulaq kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Quşçu kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Kəmərqaya kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Çıraqlı kənd kitabxanasında, 1 ədəd kompüter dəsti Çanaxçı kənd kitabxanasında işlək vəziyyətdədir. Mərkəzləşdirilmiş Kitabxana Sistemində internet saytı vardır. Gələcəkdə digər  kənd kitabxana filiallarının da kompüter dəsti ilə təchiz olunmaları nəzərdə tutulmuşdur.

Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyası 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Qalereyada ştat üzrə 4 nəfər işçi çalışır. Onlardan 1 nəfər ali təhsilli, 3 nəfər isə orta təhsillidir. Ümumi sahəsi 40 m2-dir, 1 otaqdan ibarətdir. Qalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və  şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqalarının əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqalarının əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir. Həmçinin karandaş və quaşla işlənmiş əsərlər də sərgilənir və tərəfimizdən qorunub saxlanılır.

Daşkəsən rayon Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərməyə  başlamışdır. Ümumi sahəsi 300 m2 , ekspozisiya-sərgi sahəsi 280 m2-dir. Muzey 8 salondan ibarətdir. Muzeydə  tunc dövründən müasir dövrümüzə qədər olan tariximizi özündə əks etdirən eksponatlar qorunub saxlanır və sərgilənir. Muzeyin fondunda  olan 993 eksponatdan hal-hazırda 650 eksponat nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev guşəsi, ”Qəhrəmanlar unudulmur” guşəsi, “20 Yanvar şəhidlərinə”  guşəsi, “Böyük Vətən müharibəsi” guşəsi yaradılmış və həmin guşələrdə müxtəlif materiallar, sənədlər, dəyərli əsərlər sərgilənir. Muzeydə 10 nəfər işçi çalışır. Onlardan 2 nəfər ali təhsilli, 2 nəfər orta ixtisas təhsilli, 6 nəfər orta təhsillidir.

            Daşkəsən rayon Uşaq incəsənət məktəbi 1961-ci ildə 7 illik Uşaq musiqi məktəbi kimi, 1985-ci ildən isə Uşaq  incəsənət məktəbi kimi fəaliyyət göstərir. Məktəbdə 85 müəllim 397 nəfər şagirdin musiqi təhsili ilə məşğul olur. Uşaq incəsənət məktəbində 9 ixtisas tədris olunur: fortepiano, tar, kamança, nağara, saz, qarmon, xanəndəlik, rəqs və rəsm. Məktəb binasının əsaslı təmirə ehtiyacı var. Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  1982-ci ildə yaradılmışdır. Sistemdə fəaliyyət göstərən şöbələr rayon üzrə bütün kitabxanaların fəaliyyətini tənzimləyir.  Sistemdə texniki işçilərlə birlikdə 96 nəfər işçi, MKS-də 25 nəfər, kənd və qəsəbə kitabxana filiallarında isə 71 nəfər işçi çalışır. Hazırda bütün tip kitabxanalarda  430.300  ədəd kitab fondu mövcuddur.

S/S

Mədəniyyət və tarixi abidənin adı

Yerləşdiyi ünvan

Aid edildiyi əsr və ya il

Tipi: (arxeoloji ......)

Əhəmiyyəti:(Dünya əhəmiyyətli, yerli əhəmiyyətli)

1

Xoşbulaq kurqanları

Xoşbulaq kəndi

Son tunc –ilk dəmir dövrü

arxeoloji abidə

Dünya əhəmiyyətli

2

Monastır

Quşçu kəndi

487-ci il

memarlıq abidəsi

Ölkə əhəmiyyətli

3

Nekropol

Yuxarı Daşkəsən qəsəbəsi

Tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

4

“Göyçəlilər yurdu” qalaçası

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

5

Yol yurdu qalaçası

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

6

Aşağı qalaça

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

7

Kiçikyurd qalaçası

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

8

Örük daş qalası

Əmirvar kəndi

Son tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

9

Yuxarı qalaçası

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

10

Çalağan qalaçası

Dardərə kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

11

Daşlıtəpə qalaçası

Xoşbulaq kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

12

Divar qalıqları

Xoşbulaq kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

13

Nağaradağ qalaçası

Xoşbulaq kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

14

Əhmədli qalaçası

Xoşbulaq kəndi

Son tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

15

Çoban daşı qalaçası

“Uzunaralıq” ərazisi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

16

Kurqanlar

“Uzunaralıq” ərazisi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

17

Kurqan

Çovdar kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

18

Qırmızı qala

Çovdar kəndi

Son tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

19

Qaflan qala

Çovdar kəndi

Son tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

20

Kurqanlar

Zağalı kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

21

Daş qutu nekropolu

Zağalı kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

22

“Molla Abdulla bulağı” qalaçası

Zağalı kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

23

Qazaxyolçular qalaçası

Qazaxyolçular kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

24

Daş qutu nekropolu

Qazaxyolçular kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

25

Dikdaş qalaçası

Gurbulaq kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

26

Ərkinaz qalaçası

Gurbulaq kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

27

Qalaça

Gurbulaq kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

28

Qalaça

Tülküdərə ərazisi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

29

Daş qutu nekropolu

Bayan kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

30

Nekropol

Bayan kəndi

Tunc ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

31

Kurqan

Dəstəfur kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

32

Daş qutu nekropolu

Zəylik kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

33

Nekropol

Qaraqollar kəndi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

34

Nekropol

Quşçu kəndi

Tunc-ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

35

Müşavaq qalası

Müşavaq kəndi

Son tunc ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

36

Körpü

Daşkəsən şəhəri

 

memarlıq abidəsi

Yerli əhəmiyyətli

37

Məbəd

Bayan kəndi

XV əsr

memarlıq abidəsi

Yerli əhəmiyyətli

38

Körpü

Bayan kəndi

XV əsr

memarlıq abidəsi

Yerli əhəmiyyətli

39

Körpü

Bayan kəndi

XIX əsr

memarlıq abidəsi

Yerli əhəmiyyətli

40

Kilsə

Bayan kəndi

1863-cü il

memarlıq abidəsi

Yerli əhəmiyyətli

41

Monastır

Bayan kəndi

1823-cü il

memarlıq abidəsi

Yerli əhəmiyyətli

42

Türbə

Əhmədli kəndi

 

memarlıq abidəsi

Yerli əhəmiyyətli

43

Kilsə

Çovdar kəndi

1869-cu il

memarlıq abidəsi

Yerli əhəmiyyətli

44

Qala

Çovdar kəndi

1891-ci il

memarlıq abidəsi

Yerli əhəmiyyətli

45

Kilsə

Quşçu kəndi

1850-ci il

memarlıq abidəsi

Yerli əhəmiyyətli

46

Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi

Daşkəsən şəhəri

1981-ci il

bağ-park abidəsi

Yerli əhəmiyyətli

47

Kurqanlar

Yuxarı Daşkəsən qəsəbəsi

Son tunc –ilk dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

48

Dardərə qalaçası

Əmirvar kəndi

Dəmir dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

49

Daş qutu nekropolu

“Uzunaralıq” ərazisi

Tunc dövrü

arxeoloji abidə

Ölkə əhəmiyyətli

 

Keçidlər