Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yuxarı Daşkəsən qəsəbəsində növbəti səyyar qəbul keçirilib

20 dekabr 2023 | 17:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Yuxarı Daşkəsən qəsəbəsində keçirib.

Qəbulda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.

Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib. Sakinlər sərbəst müraciət etmək hüquqlarının tam təmin olunduğu səyyar görüş-qəbuldan məmnunluqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər