Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya, təmiz ətraf mühit” – dəyirmi masa

04 oktyabr 2024 | 17:14

Oktyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  Kitabxanasında “Yaşıl dünya, təmiz ətraf mühit” adlı dəyirmi masa keçirib.

Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev çıxışında Prezident cənab İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının respublikamızda ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra “Yaşıl idarəetmə” və “Qlobal istiləşmə şəraitində yaşıl dünyanı qorumalı” mövzularında məruzələr dinlənilib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Daşkəsən rayonunda keçirilən tədbirlərə nəzər salınıb.

Vurğulanıb ki, rayonumuzda yaşıllıq zolaqlarında ağacların əkilməsi ilbəil genişlənir, bu sərvətlərə qulluq, yaşıllıqların suvarılması daim diqqət mərkəzində saxlanılır.

Tədbir müzakirələrlə davam etdirilib.

 

Keçidlər