Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə qayğı missiyamızdır” şüarı ilə “AzerGold” və “Regional İnkişaf” Daşkəsəndə ekoloji aksiya keçirib

01 aprel 2024 | 16:08

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Çovdar” qızıl yatağının yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə qayğı missiyamızdır” şüarı ilə bölgənin yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC-nin əməkdaşları, RİİB nümayəndələri və könüllüləri iştirak ediblər.

Aksiya zamanı 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib. Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb.

Xatırladaq ki, ölkəmizdə qeyri-neft-qaz sektorunun önəmli sahələrindən olan dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” QSC ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli töhfələrini verir. Bu günədək QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, eləcə də digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində Daşkəsən rayonunda 16 mindən çox ağac və kol bitkisinin əkini həyata keçirib. Həmçinin nadir və nəsli kəsilməkdə olan bitki növlərinin, eyni zamanda, biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı layihələr, göl və çay kənarlarında təmizlik aksiyaları icra edilib.

 

AZƏRTAC

 

Keçidlər