Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmizlik aksiyası Yuxarı Daşkəsən qəsəbəsində keçirilib

18 iyun 2024 | 08:54

İyunun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yuxarı Daşkəsən qəsəbəsinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə təmizlik aksiyası keçirilib, habelə ətraf mühitin sağlamlaşdırılması üçün təmizliyə riayət olunması, məişət tullantıları ilə zibillənmənin qarşısının alınması əhali arasında təbliğ olunub.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak ediblər.

Təmizlik aksiyası zamanı ərazi bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.

Keçidlər