Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası Xoşbulaq kəndində təşkil olunub

16 iyul 2024 | 16:13

Daşkəsən Rayon İcra Hakimiyyəti “Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyi ilə birgə Xoşbulaq kəndinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti mütəşəkkil təmizlik aksiyası keçirib, habelə ətraf mühitin sağlamlaşdırılması üçün təmizliyə riayət olunması, məişət tullantıları ilə zibillənmənin qarşısının alınması kənd sakinləri arasında təbliğ olunub.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, İctimai Birliyin üzvləri, gənc könüllülər və sakinlər həvəslə iştirak ediblər.

Təmizlik aksiyası zamanı çirklənmiş ərazilər bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.

Keçidlər