Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti təmizlik aksiyası Quşçu kəndində keçirilib

03 iyul 2024 | 15:40

İyulun 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quşçu kəndinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti mütəşəkkil təmizlik aksiyası baş tutub, habelə ətraf mühitin sağlamlaşdırılması üçün təmizliyə riayət olunması, məişət tullantıları ilə zibillənmənin qarşısının alınması kənd sakinləri arasında təbliğ olunub.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər həvəslə iştirak ediblər.

Təmizlik aksiyası zamanı çay yatağı boyunca çirkənmiş ərazilər bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.

 

Keçidlər