Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin toplantısı keçirilib

02 aprel 2024 | 10:18

Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadənin, Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin nümayəndə və üzvlərinin iştirakı ilə növbəti görüş keçirilmişdir.

Əvvəlcə Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Nərmin Məmmədzadə iştirakçılara Məclisin yaradılmasında əsas məqsədin uşaqlarda müstəqil özünü ifadəetmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması, uşaq hüquqlarının müdafiəsi, uşaqların inkişafı, həmçinin uşaqları narahat edən məsələlər barədə müzakirələrin aparılması, onların həlli istiqamətində təkliflərin irəli sürülməsi olduğunu qeyd etmiş, uşaqları maraqlandıran sualları cavablandırmışdır.

Həmçinin Daşkəsən rayonu üzrə Uşaq Səfirlər Məclisinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçirəcəyi tədbirlər diqqətə çatdırılmış, uşaqlara bu sahədə gələcək fəaliyyətlərinə dair tövsiyələr verilmişdir.

Keçidlər