“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunması, sağlam və fiziki aktiv həyat tərzinin təşviqi ilə bağlı uşaq bağçalarında maarifləndirici tədbirlər keçirilib
Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunması, sağlam və fiziki aktiv həyat tərzinin təşviqi ilə bağlı uşaq bağçalarında maarifləndirici tədbirlər keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndici kitabçalar, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1-ci, 3.3.7.3-cü və 3.3.7.4-cü bəndlərinin icrası məqsədini daşıyıb.
Ətraf mühitin qorunmasını, sağlam və fiziki aktiv həyat tərzini təşviq edən nəfis tərtibatda hazırlanmış kitabçalar Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanovun və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Elməddin Allahverdiyevin iştirakı ilə Daşkəsən şəhər 2 saylı və 5 saylı körpələr evi-uşaq bağçalarının tərbiyəçi-müəllimlərinə təqdim edilib. Görüşlərdə ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və sağlam qidalanma, fiziki aktiv həyat tərzinin faydaları barədə məlumatlar verilib.